Dünya
Fransada bu gün “Frexit” keçirilsəydi... – SORĞU
Fransanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum keçirilərsə, ölkənin 45 faiz sakini təşkilatda qalmaq üçün səs verərdi.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “TNS Sofres” təşkilatı tərəfindən keçirilmiş sorğunun nəticələrində deyilir.
Öz növbəsində respondentlərin 33 faizi Avropa Birliyindən çıxmaq üçün səs verməyə hazırdır. Respondentlərin 22 faizi suala cavab verə bilməyiblər.
Bütovlükdə referendumun keçirilməsini rəyi soruşulanların 45 faizi dəstəkləyib, 44 faizi isə qarşı çıxıb. Bundan başqa, respondentlərin 43 faizi bildirib ki, Böyük Britaniyada keçirilən referendumun nəticələri Fransa üçün mənfidir. Rəyi soruşulanların 24 faizi isə hesab edir ki, Britaniyadakı referendumun Fransa üçün müsbət nəticələri olacaq.
Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi krallığın Avropa Birliyinin tərkibindən çıxmasını dəstəkləyib.
Ömər Dağlı
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü