65 uşaq ev dustağı edilib
Bizi izləyin

Dünya

65 uşaq ev dustağı edilib

İsrail hakimiyyəti bu il 65 fələstinli uşaq haqqında ev dustaqlığı qərarı verib.

Axar.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına bağlı olan əsirlər Heyətinin rəhbəri İsa Karaki açıqlamasında İsrail hakimiyyətinin bu il 65 fələstinli uşaq haqqında həbs qərarı çıxardığını bildirib.

İsrailin bununla BMT qətnamələrinə meydan oxuduğunu deyən Karaki 12 fələstinli uşağın məhkəməsiz “inzibati məhbus” olaraq nəzarətdə saxlanıldığını, 18-in Qüdsdəki evlərindən uzaqlaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, Fələstin rəsmi statistikasına görə, İsrail həbsxanalarında 300-ü uşaq olmaqla 7 min fələstinli saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm