Türkiyənin göndərdiyi yardım gəmisi İsrailə çatdı – FOTO
Bizi izləyin

Dünya

Türkiyənin göndərdiyi yardım gəmisi İsrailə çatdı – FOTO

İyulun 1-də Türkiyənin Mersin dəniz limanından Qəzzaya yola salınan “Lady Leyla” yardım gəmisi İsrail sahillərinə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, fələstinlilər üçün Ramazan bayramı sovqatı aparan gəmi artıq İsrailin Aşdod limanında lövbər salıb.

Gəmidəki Ramazan bayramı sovqatı İsraildən Qəzzaya çatdırılacaq.

Qeyd edək ki, Fələstinə yardım aparan gəminin göyərtəsinə 5 min ton un, 2 min ton düyü, şəkər tozu daxil olmaqla, ümumilikdə 10 min ton ərzaq məhsulları, həmçinin, fələstinli uşaqlar üçün 10 min ədəd oyuncaq yüklənib.

Xatırladaq ki, iyunun sonlarında Türkiyə ilə İsrail arasında əldə olunan tarixi razılaşmadan sonra ilk dəfə olaraq Fələstin əhalisi üçün Qəzza bölgəsinə humanitar yardım aparan “Lady Leyla” gəmisi yola düşüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm