"İl-76" ekipajının cəsədləri tapıldı
Bizi izləyin

Dünya

"İl-76" ekipajının cəsədləri tapıldı

Xilasedicilər Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan İl-76 təyyarəsinin ekipajının bütün üzvlərinin cəsədlərini tapıblar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinin rəhbəri Sergey Didenko bildirib.

Hazırda qəza yerində məhkəmə tibbi ekspertləri işləyirlər. Onlar genetik ekspertizanın keçirilməsi üçün material toplayırlar.

İrkutsk vilayətində İL-76 təyyarəsi iyulun 1-də yoxa çıxıb. Təyyarə ilə əlaqə meşə yanğınlarını söndürən zaman kəsilib. Təyyarənin göyərtəsində 10 nəfərdən ibarət ekipaj olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm