Daha bir TERROR: 7 ölü, 11 yaralı
Bizi izləyin

Dünya

Daha bir TERROR: 7 ölü, 11 yaralı

İraqın paytaxtı Bağdadın şimalında terror aktı törədilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, 11-i yaralanıb.

İnternetdə İŞİD-in fəallığını monitorinq edən SITE təşkilatının məlumatına görə, terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, iyulun 3-nə keçən gecə Bağdadın Karada və Əş-Şaab rayonlarında İŞİD tərəfindən terror aktları törədilib. Terror aktları nəticəsində 300-ə qədər adam həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm