Moskva NATO-ya xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Moskva NATO-ya xəbərdarlıq etdi

Rusiya NATO-Rusiya Şurasının iclasında Qara dəniz regionunda hərbi fəallığın mənfi nəticələri haqqında ittifaqa xəbərdarlıq edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya-NATO Şurasının iclasının nəticələrinə həsr olunan mətbuat konfransında Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko deyib.

“Qara dənizdəki vəziyyəti müzakirə etdik. Biz bildirdik ki, Qara dəniz regionunda NATO ölkələrinin hərbi fəallığının istənilən artımı stabilliyi pozur və regionda təhlükəsizliyə imkan yaratmır”, - Qruşko jurnalistlərə bildirib.

Daha əvvəl isə NATO-nun Varşava sammitində (8-9 iyul tarixlərində keçirilib – red.) NATO və Ukrayna birgə sənəddə Qara dənizdə Rusiyanın hərbi baxımdan güclənməsi planlarından narahatlığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm