Türkiyədə şəhid və yaralıların son sayı açıqlandı
Bizi izləyin

Dünya

Türkiyədə şəhid və yaralıların son sayı açıqlandı

Türkiyə hərbi çevrilişə cəhd zamanı baş verən silahlı qarşıdurmalarda 208 şəhid verib, 1491 yaralı var.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu baş nazir Binəli Yıldırım hərbi çevrilişə cəhddən sonra keçirilən hökumətin ilk toplantısında bildirib.

Baş nazirin sözlərinə görə, onlardan 145-i mülki şəxs, 60-ı polis, 3-ü əsgərdir. O, məlum hadisələr zamanı sərgilədiyi davranışa görə siyasi partiyalara təşəkkür edib.

Ölüm cəzasının bərpası ilə əlaqədar vətəndaşların tələblərinə toxunan Binəli Yıldırım bildirib ki, tələskənliyə yol verməmək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm