“ABŞ Rusiya ilə bunu etməyə məcburdur”
Bizi izləyin

Dünya

“ABŞ Rusiya ilə bunu etməyə məcburdur”

“Vaşinqton yaxın vaxtlarda Suriya məsələsində Rusiya ilə daha sıx əməkdaşlığa getməyə məcburdur”.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “The National Interest” nəşri yazıb. Nəşr qeyd edir ki, ABŞ-ın Suriya probleminin həlli üzrə şəxsi variantı yoxdur.

“The National Interest” xatırladır ki, KİV daha əvvəl Suriyada ABŞ və Rusiyanın mümkün əməkdaşlığı barədə yazıb. İddiaya görə, ABŞ Rusiyaya “Ən-Nüsra” Cəbhəsi terror qruplaşmasına qarşı hava əməliyyatlarının koordinasiyası üzrə yeni mərkəzi yaratmağı təklif edə bilər. Nəşr bildirir ki, Moskva bunun qarşılığında Suriya prezidenti Bəşər Əsədi müxalifətin mövqelərinə aviazərbələrin sayını azaltmağa çağırmalıdır.

Məqalənin müəllifi bildirir ki, Baraka Obama administrasiyasının bu təklifi irəli sürməsi asan olmayacaq: “Çünki Rusiya tərəfi ilə istənilən məlumat mübadiləsi Amerika məmurlarının arasında süngülərə qarşılanır: Pentaqonda, Dövlət Departamentində və kəşfiyyatda”.

Bununla belə, nəşr hesab edir ki, mümkün əməkdaşlığa mane olmaq üçün Vaşinqtonda arqumentlər çox deyil. Müəllif bildirir ki, Rusiyanın böhranın nizama salınması üzrə metodları Ağ Evin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Moskvanın Əsəd rejiminə təsir linglərinin nə vaxtsa amerikalılarda olduğundan daha çox olması etiraf edilməldiir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm