Öcalan edam olunmalı idi – ŞOK PLAN
Bizi izləyin

Dünya

Öcalan edam olunmalı idi – ŞOK PLAN

İyulun 15-də hərbi çevrilişlə hakimiyyəti ələ keçirmək istəyən qiyamçıların daha bir planı ortaya çıxıb.

Publika.az “Habertürk” saytına istinadən xəbər verir ki, qiyamçıların hədəflərindən biri İmralı həbsxanasında olan PKK lideri Abdullah Öcalan olub.

Qiyamçılar Öcalanı qaçıraraq edam etməyi planlaşdırırdı. Əsas məqsəd isə kürd xalqını küçələrə çıxarmaq və xaos yaratmaq olub.

Hərbi çevriliş cəhdi uğursuz olduğu üçün bu planın həyata keçirilməsi də mümkün olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm