Dünya
Ermənistan mediası Sarkisyana MEYDAN OXUDU: Narazılıq...
“Artıq
üç gündür ki, Ermənistanda fövqəladə vəziyyət hökm sürür. Bütün
ictimaiyyət gərgindir. İrəvanda Xorenasi küçəsində polis patrul
alayının tutulması ətrafında hadisələrin inkişafı müşahidə olunur.
Görünür, bu hadisələr ölkənin həyatına əhəmiyyətli təsir
edəcək”.
Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Qəzet qeyd edib ki, bütün bu hadisələrə baxmayaraq, ölkə rəhbərliyi
susur: “Nə prezident Serj Sarkisyan, nə parlamentin sədri Qalust
Saakyan, nə də baş nazir Ovik Abramyan səslərini çıxarmır. Bizim
Prezident Administrasiyasından münasibət öyrənmək cəhdlərimiz boşa
çıxdı. Yalnız deputat Nikola Paşinyanın vəziyyətin parlamentdə
müzakirə ilə bağlı təklifinə reaksiya gəldi. Parlamentin mətbuat
xidmətinin rəhbəri Arsen Babayan bildirdi ki, məsələnin parlamentdə
müzakirəyə çıxarılması cinayət işinə müdaxilə deməkdir. O,
məsələnin parlamentdə müzakirəsinə ehtiyac olmadığını qeyd
etdi”.
“Joxovurd”
əlavə edib ki, Ermənistan hakimiyyəti cəmiyyətdə hökm sürən
narazılığı cinayət-hüquq müstəvisində təqdim etməyə çalışır. Biz
yalnız onu təsdiq edə bilərik ki, qəfildən yaxalanmış və çıxılmaz
vəziyyətdə olan Ermənistan hakimiyyəti vəziyyəti öz sükutu ilə daha
da kəskinləşdirir. Belə görünür ki, Ermənistanın hökmlü elitası
məsuliyyətin dərəcəsini anlamır”.
Asif
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO