Prezidenti aldatdılar – FOTOLAR/VİDEOLAR
Bizi izləyin

Dünya

Prezidenti aldatdılar – FOTOLAR/VİDEOLAR

Türkmənistanın şərqində yerləşən Lebap vilayətində təzə kənd salınıb. Ölkə başçısı Qurbanqulu Berdıməhəmmədov iyulun 8-də açılış üçün kəndə təşrif buyurub.

Rəsmi şəxslərlə görüşdükdən sonra uşaqlar prezidenti xoş sözlərlə qarşılayıblar: “Salam, vətənimizin atası. Kəndimizə xoş gəlmisiniz. Sizin gəlişiniz hər evə istilik gətirdi”.

Daha sonra Türkmənistan prezidentinin şərəfinə musiqilər səslənib, rəqs nümunələri, bədii tamaşalar təqdim olunub. Bir sözlə, kənddə həyatın canlandığı göstərilib. Qurbanqulu Berdıməhəmmədov meyvə-tərəvəzlə dolu bazarda olub, yeni tikilmiş evlərə baxıb, ancaq...

Ən maraqlı hadisələr prezident kəndi tərk edəndən sonra cərəyan edib. Qurbanqulu bəy gedəndən sonra kənd tamamilə boşaldılıb. İnsanlarla birlikdə, divarlara döşənən xalçalar və bayraqlar da yoxa çıxıb. Bazarda 1 dənə alma da qalmayıb. Hadisələrin pik nöqtəsi isə kəndin giriş qapısındakı adının da silinməsi olub.

Publika.az həmin açılış mərasiminin videoxülasəsini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm