Ərdoğana sui-qəsd etmək istəyən 3 komando tutuldu
Bizi izləyin

Dünya

Ərdoğana sui-qəsd etmək istəyən 3 komando tutuldu

İyulun 15-i hərbi çevrilişə cəhd gecəsi prezident Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən sui-qəsd bölüyünün 3 komandosu tutulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qiyamçılardan Ərdoğanın tutulması, yaxud da öldürülməsi barədə əmr alan komandolar buna nail olmadığı üçün qaçmağa məcbur olmuşdu.

Məlumata görə, sui-qəsd bölüyünün digər üzvlərinin hava, dəniz və qurudan axtarışları davam etdirilir. Bornova 2-ci Jandarm Komando briqada komandirliyində xüsusi hazırlanan və hamısı rütbəlilərdən ibarət olan hərbçilər qaçan 4 komandonu fasiləsiz axtarır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm