Dəhşətli PARTLAYIŞ: 44 ölü, 170 yaralı – VİDEO (YENİLƏNİR)
Bizi izləyin

Dünya

Dəhşətli PARTLAYIŞ: 44 ölü, 170 yaralı – VİDEO (YENİLƏNİR)

Suriya dövlət televiziyasının yaydığı xəbərə görə, partlayış nəticəsində ölənlərin sayı 44-ə, yaralıların sayə isə 170 nəfərə çatıb.

Publika.az xəbər verir ki, partlayış zamanı Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsində də 2 nəfər yaralanıb.

13:10

Suriyanın şimali-şərqində yerləşən Haseke vilayətinin Qamışlı mahalında minalanmış avtomobil partladılıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ilkin məlumatlara görə, ən az 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

“Anadolu” müxbirinin yerli mənbələrdən aldığı məlumata görə, terror aktı PKK terror təşkilatının Suriya qolu olan PYD-ə aid bir qərargahın yaxınlığında törədilib. Partlayış 30-dan çox binaya ciddi ziyan vurub.

Suriya dövlət televiziyası isə partlayışda ölənlərin sayının 31 olduğunu xəbər verib. Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı isə aralarında mülki vətəndaşların da olduğu 14 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, Qamışlı mahalı Türkiyə sərhədində yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm