Dünya
ABŞ-dan girovlarla bağlı açıqlama
ABŞ-ın Ermənistandakı səfirliyi İrəvanda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.
Publika.az APA-ya istinadən xəbər verir ki, bəyanatda girov götürülmüş tibb işçilərinin dərhal azadlığa buraxılması tələb olunur: “Biz bütün tərəfləri maksimal təmkin nümayiş etdirməyə, qanun çərçivəsində hərəkət etməyə və vəziyyətin sülh yolu ilə həll edilməsinə sadiq qalmağa çağırırıq. Xüsusən, KİV-də tibb işçilərinin girov saxlanması ilə bağlı xəbərlər narahatlıq doğurur. Belə davranışlar qəbuledilməzdir və əgər məlumat həqiqəti əks etdirirsə, biz bu şəxslərin dərhal azad edilməsinə çağırırıq”.
Qeyd edək ki, Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayan "Sasna çrer" silahlı qruplaşmasının üzvləri bir qrup tibb işçisini girov götürüb. Onlar səhiyyə naziri Armen Muradyanın cərrah briqadası ilə Polis şöbəsinin binasına gələcəyi təqdirdə, tibb işçilərini buraxacaqlarını bildiriblər. Səhiyyə naziri A. Muradyan binaya daxil olmaq istəsə də, polis buna icazə verməyib.
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı