Dünya
Trampdan ŞOK VƏD: “Krımın ilhaqını tanıyacağam”
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qələbə qazanacağı halda Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması haqqında məsələyə baxmağa hazırdır.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, milyarder bu haqda Florida ştatında keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin sanksiyaların ləğvi məsələsinə baxmağa hazır olduğunu bildirib. Bundan başqa, Tramp qeyd edib ki, əgər dövlət başçısı seçilərsə, Vaşinqton və Moskvanın münasibətləri yaxşılaşacaq.
Daha əvvəl isə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt bildirib ki, Trampın ABŞ prezidenti seçilməsi Rusiya dövlətinin başçısı Vladimir Putinə “hədiyyə” olacaq: "Çoxları iddia edir ki, Donald Tramp prezident seçiləcəyi halda bizim milli təhlükəsizliyimizə zərər vuracaq. Amma əslində o, seçkiqabağı kampaniyada iştirak etməklə artıq bunu edib. O, ABŞ-ın islam ölkələri ilə münasibətlərini korladı, dünyada bizim mövqeyimizi zəiflətdi”.
Olbrayt həmçinin xatırladıb ki, Tramp Rusiya prezidenti Vladimir Putinin siyasətinə yüksək qiymət verir: “Həqiqət ondan ibarətdir ki, Trampın noyabrda qələbəsi Vladimir Putin üçün hədiyyə olacaq. Bu ABŞ üçün faciə olacaq. Putin Trampın qələbəsini istəyir və bu hər bir amerikalını həyəcanlandırmalıdır”.
Ömər Dağlı
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı