Ali Hərbi Şuranın iclası başa çatıb - VİDEO
Bizi izləyin

Dünya

Ali Hərbi Şuranın iclası başa çatıb - VİDEO

İyulun 28-də Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın iclası başa çatıb.

Anadolu Agentliyi xəbər verir ki, təxminən 5 saat davam edən iclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq və digər güc strukturlarının komandanları iştirak ediblər.

İclasdan sonra baş nazir toplantıda verilən qərarları prezident Ərdoğana çatdırmaq üçün Prezidentin iqamətgahına gedib.

Türkiyə vaxtı ilə saat 20-də (Bakı vaxtı ilə 21-də) prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə Prezident sarayında ziyafət veriləcək.

Şuranın iclasında qəbul olunan qərarların dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm