Bülənt Arıncın qaynı saxlanıldı
Bizi izləyin

Dünya

Bülənt Arıncın qaynı saxlanıldı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Bülənt Arıncın qaynı saxlanılıb.

Doktor Ziya Tay ötən gün Manisa vilayətində dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində vəzifəsindən uzaqlaşdırılan 154 səhiyyə işçisindən biriydi.

Məlumata görə, o, bu gün səhər saatlarında evində həbs olunaraq Manisa Şəhər Polis İdasinə aparılıb.

Qeyd edək ki, Z.Tay 2002-ci il dekabrın 23-də Türkiyə Səhiyyə Nazirliyinin Manisa şəhər Səhiyyə İdarəsinin müdiri təyin edilib. 2012-ci ildə isə Manisa Şəhər Xalq Səhiyyəsi İdarəsinin müdiri vəzifəsinə gətirilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm