Moskvadan “Türk axını” açıqlaması
Bizi izləyin

Dünya

Moskvadan “Türk axını” açıqlaması

Rusiya və Türkiyə “Türk axını” qaz kəmərinin iki xəttinin tikintisini müzakirə edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Türk axını”nda ən azı bir xətt türk istehlakçıları üçün nəxərdə tutulub. Bu xəttinin ötürücü qabiliyyəti 15,75 milyard kub metrdir. Bütovlükdə, biz hazırda iki xəttin tikintisi haqqında danışıqlar aparırıq. İkinci xətt Avropa ölkələrinin cənubi-qərb istehlakçıları üçün nəzərdə tutulub”, - Novak bildirib.

Qeyd edək ki. Rusiya 2014-cü ilin dekabrında “Türk axını”nın xeyrinə “Cənub axını” layihəsindən imtina edib. Amma “Türk axını” layihəsi də 2015-ci ilin noyabrında Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsindən sonra dondurulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm