Krım separatizm və diversantların koordinasiyası qərargahına çevrilib - İddia
Bizi izləyin

Dünya

Krım separatizm və diversantların koordinasiyası qərargahına çevrilib - İddia

Krım separatizm və diversantların koordinasiyası qərargahına çevrilib - İddia

“Rusiya Federasiyası Krımı separatizm və diversantların koordinasiyası qərargahına çevirib”.

Publika.Az – ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin başçısı Evgeniy Perebiynis brifinqdə söyləyib.

Ukrayna xarici siyasət idarəsinin nümayəndəsi seperatçılar və diversantların cinayətkar hərəkətlərinin Krımdan əlaqələndirildiyini, həmçinin silahların buradan çatdırıldığını bildirib.

Diplomatın sözlərinə görə, bu cür hərəkətlər Rusiya hərbçiləri və texnikanın sayının Ukrayna sərhədləri yaxınlığında artması fonunda baş verir.

Xatırladaq daha əvvəl xarici işlər nazirinin müavini İqor Bilous Krımın saxtakarlıq və qaçaqmalçılıq mənbəyi olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm