Hrant Dinkin ölümündə əli olan 5 jandarma işçisi həbs edildi
Bizi izləyin

Dünya

Hrant Dinkin ölümündə əli olan 5 jandarma işçisi həbs edildi

Türkiyədə erməni dilində nəşr edilən “Agos” qəzetinin baş redaktoru, erməni əsilli jurnalist Hrant Dink sui-qəsdi ilə bağlı yeni faktlar üzə çıxıb.

Publika.az “Habertük”-ə istinadən xəbər verir ki, Türkiyə məhkəməsi Hrant Dink cinayətində şübhəli bilinən 8 nəfərdən 5-i barəsində cinayət işi açıb. Cinayət işi üzrə həbs edilən 5 nəfər jandarma işçiləridir. Onlar silahlı terror qrupu ilə əlbir olmaqda ittiham olunurlar.

Xatırladaq ki, erməni əsilli türkiyəli jurnalist Hrant 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00-da İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülüb.

Hrant Dink, qondarma erməni soyqırımının Türkiyədə tanınması, Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması və Türkiyə ermənilərinə daha çox imtiyazlar verilməsi üçün göstərdiyi sıx fəaliyyəti ilə tanınıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm