Dünya
Putinin YENİ PLANI: İlk hədəf ora olacaq
“Kiyevin ünvanına Moskvanın son ittihamlarını nəzərə alsaq, cənub istiqamətdən Rusiyanın Ukraynaya hücum təhlükəsi realdır”.
Publika.az xəbər verir ki, bunu Krım ətrafında baş verən son hadisələri şərh edən beynəlxalq hüquq mütəxəssisi, konfliktoloq, siyasi elmlər doktoru Qriqori Perepelitsa “Obozrevatel” nəşrinə deyib.
Onun sözlərinə görə, Ukraynanın Krımda terror aktları planlaşdırmaqda ittiham olunması təcavüz üçün əsasların hazırlanmasına yönəldilə bilər.
“Fikrimcə, Herson vilayəti ilk hədəfdir. Kreml Krımın ətrafında “təhlükəsizlik zonaları”nın yaradılması adı altında regionun çox hissəsini işğal edə bilər. Təhlükə tamamilə realdır”, - Perepelitsa qeyd edib.
Onun sözlərinə görə, əslində anti-Rusiya sanksiyaları prezident Vladimir Putini qorxutmur: “Onun rusiyalılar arasında böyük reytinqi var. Ölkə iqtisadiyyatı sanksiyalar rejiminə tədricən uyğunlaşır. Bundan başqa, uğurlu aqressiv xarici siyasət üçün uyğun dövrdür. Xatırladım ki, hazırda Rio-de-Janeyroda Olimpiya Oyunları keçirilir. Dünya liderlərinin, Qərb ictimaiyyətinin diqqəti oyunlara yönəlib. Gəlin xatırlayaq, Olimpiadalar öncəsi müharibələr tez-tez olur”, - Perepelitsa yekunlaşdırıb.
Qeyd edək ki, dünən Rusiya və Ukrayna arasında münasibətlər kəskin kəskinləşib. Rusiya tərəfinin açıqladığı məlumata görə, Krıma daxil olmağa cəhd edən diversantların iki qrupu ilə baş verən toqquşmalarda iki Rusiya zabiti həlak olub, bir neçəsi yaralanıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin versiyasına görə, səs-küylü terror aktları hazırlayan bütöv agentura şəbəkəsi hərəkət edirdi.
Rusiya prezident Vladimir Putin Ukrayna hakimiyyətinin terror təcrübəsinə keçdiyini bildirib. O, rusiyalı hərbçilərin həlak olmasına laqeyd qalmayacağına söz verib. Dövlət başçısı eyni zamanda Çində sentyabr ayında keçirilməsi planlaşdırılan “Normandiya formatı”nın görüşünü mənasız adlandırdı.
Ukrayna prezidenti Pyotr Poroşenko Krımda terror aktlarının hazırlığında Ukraynanın ünvanına səsləndirilən ittihamları “fantaziya” hesab edib. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko isə bildirib ki, Ukraynanın ünvanına səsləndirilən terrorizm ittihamları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.
Ömər Dağlı
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO