Dünya
Türkiyə “İncirlik” aviabazasını ruslara verir
Türkiyə Suriyada aparılan antiterror əməliyyatlar zamanı Rusiyaya “İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov “RİA Novosti”yə müsahibəsində bildirib.
“Türkiyə Suriyada antiterror əməliyyatların aparılması üçün Rusiyanın Hərbi-Kosmik Qüvvələrinə “İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər. Bu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya doğru atdığı addımlarının məntiqi davamı ola bilər”, - deyə İqor Morozov qeyd edib.
O qeyd edib ki, belə bir qərar Suriya və İranın Rusiyaya “Xmeymim” və “Həmədan” aviabazalarından istifadə etməsinə icazə verməsi fonunda qəbul edilə bilər.
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov ötən həftə Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş danışıqlardan sonra Türkiyənin bu cür qərar verəcəyini istisna etməyib: “Görüş zamanı Ərdoğan Suriyada terrorçulara qarşı mübarizədə Türkiyənin Rusiyanı dəstəkləməyə hazır olduğunu bəyan edib”.
“Demək olmaz ki, Rusiyanın “İncirliyə” ehtiyacı var, lakin bu cür qərar Türkiyənin terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa sözdə yox, əməldə hazır olması kimi səciyyələndirmək olar”, - deyə Ozerov bildirib. (APA)
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO