Co Bayden Türkiyədədir
Bizi izləyin

Dünya

Co Bayden Türkiyədədir

ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya səfəri başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, amerikalı qonaq Türkiyənin baş naziri Binəli Yıldırım və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bayden öncə Türkiyə Böyük Millət Məclisində olacaq. O, 15 iyul dövlət çevrilişi gecəsində bombalanan parlament binasını gəzəcək.

ABŞ-ın vitse-prezidenti baş nazir və prezidentlə görüşlərdən sonra media nümayəndələri ilə bir araya gələcək.

Vitse-prezidentin Türkiyədə keçirəcəyi görüşlərdə müzakirə olunacağı ən əhəmiyyətli mövzular Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin ekstradisiyası və Türkiyə ordusunun Suriyada başladığı əməliyyat olacaq.

Co Bayden axşam saatlarında Türkiyə səfərini başa çatdıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm