Dünya
Rus tankları Laçına yerləşdirildi
Dünən gecə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirilib.
Bu barədə məlumatı "Axar.az”a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. O, qeyd edib ki, Rusiya ordusuna məxsus tanklar Laçının bir addımlığındadır: "Artıq Rusiya Baş Qərargahı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb.
Dünən axşam zirehli texnika, qoşqulu avtomobillərdə Gümrü-İrəvan-Artaşat-Sisian-Gorus avtomobil yolu vasitəsilə xüsusi maskalanmış vəziyyətdə işğal edilmiş Laçın rayonu yaxınlığına - Karaşen yaşayış məntəqəsinə gətirilib. Qoşqulu avtomobillərə yüklənmiş hərbi texnika maskalanmış olsa da peyk vasitəsilə müşahidə olunub.
Onun sözlərinə görə, artıq İsrailin "Mossad" və ABŞ-ın Mərkəzi
Kəşfiyyat İdarəsində bununla bağlı məlumat var: "Dünən gecə ABŞ
Milli Təhlükəsizlik Agentliyi hərbi texnikanın köçürülməsini tam
dəqiqliyi ilə müşahidə edib və peyk vasitəsilə videolentə alıb.
Yaxın 2 gün ərzində isə Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər
istiqamətindəki mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək. Çox
güman ki, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə başlanacağı
təqdirdə, Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya
ediləcək”.
Gülməmmədov bildirib ki, iki gün öncə isə Rusiya Baş Kəşfiyyat
İdarəsinin (QRU) 3 generalı Xankəndiyə ezam olunub: "Bu məlumat
artıq İrəvanda söz-söhbətə belə səbəb olub. Həmçinin, artıq
Ermənistan televiziyaları bir həftədir ki, mütəmadi olaraq silahli
qüvvələr barədə reportajlar hazırlayır və "Favorit" tipli HHM
raketlərini reklam edirlər.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər