Qızı Kərimovun ölüm xəbərini yayıb
Bizi izləyin

Dünya

Qızı Kərimovun ölüm xəbərini yayıb

“Baş nazir Şövkət Mirziyoyev dövlət başçısı postuna gələcəyi ən çox ehtimal olunan şəxsdir. Belə olan halda Kərimovlar ailəsi siyasi həyatdan kənarlaşdırılacaq”.

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan hökumətinə yaxın mənbə Rusiyanın “İzvestia” nəşrinə məlumat verib.

Mənbə bildirib ki, İslam Kərimov süni nəfəs aparatına qoşulub: “Ehtimal ki, bu, bir neçə gün üçün lazımdır. Ölkədə hakimiyyət yenidən qurulana qədər onun ailəsinin üzvləri buraxılmayacaq. Böyük qız Gülnarə Kərimova Londonda ev dustaqlığındadır. Lola Kərimovanı isə güclü qruplar hakimiyyətə qoymazlar. Şövkət Mirziyoyev əsas namizəddir. Onu ölkə daxilində və hüdudlarından kənarda da dəstəkləyirlər”,

Ən maraqlı məlumat isə İslam Kərimovun ölüm xəbərinin kimin tərəfindən yayılmasıdır. Mənbə bu şəxsin Lola Kərimova olduğunu deyib.

“Yüksək dairələrdə belə bir fikir var ki, avqustun 29-da Kərimovun ölüm xəbərini qızı Lola yayıb”, - yüksəkvəzifəli mənbə deyib. Lakin o, bunun səbəbini dəqiq açıqlamayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm