Müxaliflər daha bir ərazini Əsəddən alıb
Bizi izləyin

Dünya

Müxaliflər daha bir ərazini Əsəddən alıb

Suriyada müxalif qruplaşmaların təşkil etdiyi hərbi əməliyyat nəticəsində Həma şəhərinin Soran mahalı ələ keçirilib.

Axar.az xəbər verir ki, “Mervanul Hadid” adlı əməliyyatda Əsəd rejiminə aid döyüş təyyarələri bombalanıb.

Məlumata görə, sözügedən mahalın ətrafında yerləşən hökumət qüvvələrinin mövqeləri də hədəf alınıb.

Qeyd edək ki, müxaliflər bundan öncə Masasni və Buveyda ərazilərini nəzarət altına almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm