Putin və Kerri Səmərqəndə gedir - Kərimovun dəfninə
Bizi izləyin

Dünya

Putin və Kerri Səmərqəndə gedir - Kərimovun dəfninə

Sentyabrın 3-də G20 (“Böyük iyirmilik”) sammitində iştirak üçün Çinə səfər edəcək Rusiya prezidenti Vladimir Putin Səmərqənddə qısa müddətli dayanacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda qeyri-rəsmi mənbələrdən bildirilir.

Məlumata görə, həmçinin Hindistan səfərindən qayıdan ABŞ-ın dövlət katibi Con Kerri də həmin gün Səmərqənddə qısa müddətli dayana bilər.

Qeyd edək ki, ölkənin "Xalq sözü" ("Народное слово") qəzeti Özbəkistan Prezidenti İslam Kərimovun ağır vəziyyətdə olduğunu yazıb.

Nazirlər Kabinetinin qəzetdə dərc olunan məlumatında qeyd olunur: "Böyük ürək ağrısı ilə bildiririk ki, prezidentimizin vəziyyəti qəfil pisləşib və həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər".

Xatırladaq ki, İ.Kərimov ötən şənbə insult keçirtdikdən sonra xəstəxanaya yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm