İslam Kərimovun adı tarixə yazıldı- dəfni Səmərqənddə olacaq - VİDEOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

İslam Kərimovun adı tarixə yazıldı- dəfni Səmərqənddə olacaq - VİDEOLAR (YENİLƏNİB)

Özbəkistan milli televiziyasının verdiyi məlumata görə, Oliy Məclis və Nazirlər kabineti Özbəkistnda prezidentin dəfni ilə əlaqədar dovlət komissiyası yaradıblar.

Özbəkistan baş naziri Şavkat Mirziyəyev komissiyanın başçısı təyin edilib.

Ölkədə sentyabır ayının 3-dən üç günlük matəm elan edilib.

İslam Kərimov Samarkand şəhərində dəfn olunacaq.

***

Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb.

Publika.az xəbər verir ki, Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda İslam Kərimovun 78 yaşında vəfat etdiyi bildirilib. Məlumatda qeyd edilib ki, İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

***

Özbəkistan hökuməti İslam Kərimovun öldüyünü rəsmən təsdiqləyib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib. Lakin əlavə məlumat yerləşdirilməyib.

Hazırda Özbəkistan Nazirlər Kabinetinin rəsmi saytına girmək qeyri-mümkündür. Bunun səbəbi bəlli deyil.

Qeyd edək ki, İslam Kərimovun cənazəsi paytaxt Daşkənddən Səmərqənd şəhərində gətirilib.

“Fərqanə” agentliyinin yaydığı videoda görünən avtomobil karvanında İslam Kərimovun cənazəsinin aparıldığı deyilir.

***

Özbəkistan prezidenti İslam Kərimov vəfat edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün Özbəkistan hökuməti İ. Kərimovun kritik durumda olduğunu açıqlamışdı.

Publika.az xəbər verir ki, bir neçə gündür Prezident İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərisürətlə aparılırdı.

Özbəkistan lideri iki qardaşı və anasının məzarı yanında dəfn olunacaq.

Məlumata görə, yerli vaxtla 23.00-da göyərtəsində İslam Kərimovun cəsədi olduğu təyyarə paytaxt Daşkənddən Səmərqəndə yola düşüb. Şəhərdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunista Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm