Diktator çətin durumda: 133 ölü, 395 itkin
Bizi izləyin

Dünya

Diktator çətin durumda: 133 ölü, 395 itkin

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) Rusiya və Çinlə sərhəd regionunda güclü daşqınlar baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində, BMT-nin son məlumatlarına görə, 133 nəfər həlak olub.

Daha 395 nəfər itkin hesab edilir. Daşqın nəticəsində 35 mindən çox evə zərər dəyib, onlardan demək olar ki, 70 faizi tamamilə dağılıb. Ən azı 140 min insanın təcili yardıma ehtiyacı var. Hakimiyyət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım etmək məqsədilə kütləvi səfərbərlik elan edib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri daşqının nəticələri və yerli əhalinin ehtiyaclarının qiymətləndirilməsi üçün fəlakətin rayonlarına baş çəkiblər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası bu günlərdə Pxenyana qarşı yeni sanksiyaları daxil etməyə hazırlaşır. Şimali Koreya 9 sentyabrda nüvə silahının sayca beşinci sınağını keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm