ABŞ səfirinin bölgələrə gizli səfəri və şok çevriliş PLANI
Bizi izləyin

Dünya

ABŞ səfirinin bölgələrə gizli səfəri və şok çevriliş PLANI

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Artivin bölgəsinə gizli səfər edib.

Publika.az xəbər verir ki, Türkiyədə PKK-ya dəstək verən 28 bələdiyyə başçısı seçki yolu ilə seçilmələrinə baxmayaraq, postlarından uzaqlaşdırılıb. Onların yerinə yeni sədrlər təyin olunub. Ankaranın bu addımı ABŞ-ın narahatlığına səbəb olub. Amerikanın Ankaradakı səfiri isə bir qədər də irəli gedərək, məsələyə qeyri-etik münasibət bildirib.

Yayılan məlumata görə, C.Bass Artivin bölgəsinə gizli səfər edərək, oradakı xalqı təxribata çəkib.

- C.Bass dünən ilk olaraq Artivinin Savaşat qəsəbəsinə gedir və Meydancık kəndini ziyarət edir. Kənddə Su Elektrik Stansiyası (SES) ilə bağlı bölgə xalqı ilə gizli görüşlər keçirir.

- Daha sonra Artivinin digər qəsəbəsi olan Yusufelinə gedir. Orada da SES-in inşası ilə bağlı görüşlər keçirir.

- Onun Artivində üçüncü ziyarəti isə şəhərin mərkəzində olub. Mərkəzdəki Hatila Vadisini ziyarət edər və bölgə xalqı ilə SES-lərin inşası ilə bağlı görüşlər keçirən ABŞ səfiri vətəndaşları təxribata cəlb etməyə çalışıb.

Qeyd edək ki, bu bölgədə SES-lərin inşasına camaat ciddi etiraz edir. Hətta bundan öncə bölgə əhalisi kütləvi aksiyalar da keçirmişdi. Görünür, ABŞ səfiri bölgə əhalisini ayağa qaldırmaq üçün məhz SES məsələsini qabardaraq, planlarını onun üzərində həyata keçirmək niyyətindədir.

Səfirin səfərində diqqət çəkən məqamlardan biri də onun diplomatik yox, mülki nömrəli avtomobildə olması olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm