Sarkisyan ona yalvarıb 200 dollar istəyən qadına acıqlandı: "Eşitdim də, vay" - VİDEO
Bizi izləyin

Dünya

Sarkisyan ona yalvarıb 200 dollar istəyən qadına acıqlandı: "Eşitdim də, vay" - VİDEO

Sentyabrın 21-də Ermənistan kağız üzərində mövcud olan müstəqilliyinin 25 illiyini qeyd edib və bu münasibətlə hərbi parad keçirib. Tədbirlər çərçivəsində prezident Serj Sarkisyan da ənənəvi olaraq hökumət və dövlət rəhbərləri ilə birlikdə İrəvandakı Yerablur panteounu ziyarət edib.

Virtualaz.org xəbər verir ki, bu ziyarət zamanı 25 illiyini qeyd edən “müstəqil respublika”nın vətəndaşlarının əslində prezidentə yalvarıb işıq pulunu ödəmək üçün pul istəyəcək qədər miskin durumda yaşadığını əks etdirən məqamlar yaşanıb.

“Aravot” qəzetinin yazdığına görə ziyarət zamanı jurnalistlər bir neçə dəfə Sarkisiandan xahiş etdilər ki, heç olmasa, bu bayram günündə prezident bir neçə suala cavab versin. Sarkisyan isə jurnalistləri qınayıb ki, onlar əvvəlcə bayramı təbrik edə bilərdilər. Bundan sonra jurnalistlər xorla prezidenti təbrik ediblər, prezident öz təşəkkürünü bildirib və...bundan sonra Sarkisyan arxasını jurnalistlərə çevirib, daha Qəzet yazır ki, Sarkisyan onun müxbirinin sualına da cavab verməyib. Sual isə belə idi: “Doğrudanmı biz tam müstəqilik?”

Həmin mərasimdə başqa maraqlı hadisə də olub. Qəzetin yazdığına görə qadınlardan biri ağlayaraq prezidentə yaxınlaşıb: “Mənə heç olmasa, 100 min dram verin ( 100 min dram 200 dollardır), gedim, işığın pulunu verim, yoxsa qaranlıqda qalacam.”

Sarkisyan isə qadının əlindən tutub, istəyib ki, qadın şikayətinə davam etməsin. Qadın pul istəməyə davam edəndə Sarkisyan əsəbiləşib : “Eşitdim də, vay! Mən artıq göstəriş vermişəm, daha nə istəyirsən? Dedim axı, mən artıq göstəriş vermişəm. Gedərsən Armenin yanına, o hər şeyi həll edər, vay!”. Qəzet həmin anların videokadrlarını da təqdim edib. Sarkisyanın ona yalvarıb 200 dollar istəyən qadını hansı Armenin yanına göndərdiyi məlum olmur, çox güman ki, o, prezidentin köməkçilərindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm