Dünya
Türkiyəyə məxsus gəmi batdı – FOTOLAR
Seneqalın Dakar limanından ammonium fosfat gübrəsi daşıyan Türkiyəyə məxsus “M/V MUSTAFA KAN” gəmisi Aralıq dənizində batıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Xorvatiyanın Sibenik limanına gedən sözügedən gəmi İtaliyanın Siciliya adasındakı Siracusa şəhərinin 24 mil yaxınlığında qəzaya uğrayıb.
Tamamilə batan gəminin göyərtəsində olan 16 nəfər Türkiyə vətəndaşı İtaliyanın Sahil Təhlükəsizlik Xidmətinə məxsus “CP325” xilasedici gəmisi vasitəsilə xilas edilib. Gəminin göyərtəsində olan şəxslər müayinə olunaraq, Siracusa şəhərinə götürülüb.
Qeyd edək ki, 2009-vu ildə Türkiyənin Qara dəniz Ereğli Mədənçi Tərsanəsində hazırlanan 136 metr uzunluğunda və 19 metr enliyində olan, 9 min 250 ton yük daşıma qabiliyyətinə malik gəmi beynəlxalq sularda Panama bayrağı altında üzürdü.
Vasif Həsənli
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO