Dünya
Rus ordusu Luqansk istiqamətindən Ukraynaya girdi – YENİLƏNİB
Bu dəqiqələrdə Rusiya ordusu Luqansk səmtindən Ukraynaya girib. Bu barədə yerli ORD 02-nin jurnalistləri məlumat veriblər.
22:37
Rus ordusunun sayı və texnikası barədə bilgi yoxdur. Yalnız onu deyirlər ki, bu, Krımı zəbt edən yaşılpaltarlılardır. Onlar fərqləndirici nişana sahib deyillər.
Həmçinin bildirilir ki, əsgərləri tanklar, ağır texnika və PDM-lər müşayiət edir.
Az öncə Ukrayna Baş Qərargah rəisinin müavini də açıqlama vermişdi ki, Donbasda separatçılar deyil, hərbi birliklər əməliyyat aparır. Bu barədə admiral İqor Kabanenko öz Feysbuk səhifəsində yazıb:
“Slavyanka və Qırmızı Limanda sepatarçılar deyil, hərbi birliklər – diversiya qrupu əməliyyat aparır. Onlar separatçılara vəziyyəti gərginləşdirməkdə “yardım edirlər”. Bir ritorik sual vermək olarmı: bu, davam edəcək və genişlənəcəkmi?”
Öz növbəsində Ukrayna prezidentinin səlahiyyətlərini həyata keçirən Dmitri Timçuk da xəbər vermişdi ki, Ukraynanın cənib-şərq vilayətlərində ekstremist aksiyalar Rusiya Baş Qərargahı tərəfindən idarə olunur.
22:49
Ukrayna Təhlükəsizlik Xidməti faktı təsdiqləyib. UKT-nın bu dəqiqələrdə yaydığı bəyanatda bildirilir ki, Rusiya ordusunun diversiya əməliyyatı intensivləşib və genişlənib.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər