Dünya
Bəşər Əsədin gələcəyi necə olacaq? - Rəsmi açıqlama - YENİLƏNDİ
Suriya Prezidenti Bəşər Əsəd bəyan edib ki, çox güman ki, cari ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə "Frans-Press" agentliyi xəbər yayıb.
Əsəd yanvarın 22-nə planlaşdırılan Suriya üzrə beynəlxalq konfrans ərəfəsində agentliyə verdiyi müsahibəsində deyib: "Hesab edirəm ki, heç nə öz namizədliyimi irəli sürməyimə mane ola bilməz... və əgər ictimai rəy mənim tərəfimdə olarsa, mən bir dəqiqə də tərəddüd etməyəcəyəm. Demək olar ki, seçkilərdə iştirak edəcəyim ehtimalı çox yüksəkdir".
İsveçrənin Montre şəhərində keçiriləcək konfransda müzakirə olunacaq əsas məsələlərdən biri müxalifətin, eləcə də onun xaricdə yaşayan üzvlərinin iştirakı ilə Suriyada keçid hökumətinin formalaşdırılmasıdır.
Əsəd özü xaricdəki müxalifətin keçid administrasiyasının tərkibinə daxil edilməsi barədə təklifi "zarafat" adlandırıb: "Onlar ...30 dəqiqəlik fotosessiya üçün sərhədi keçəcəklər, sonra isə qaçacaqlar. Onlar necə nazir ola bilərlər? Bu təklif tamamilə qeyri-realdır, amma ona gülməli zarafat kimi baxmaq olar".
11.01
Suriya dövlət mediası prezident Bəşər Əl-Əsədlə bağlı yayılan son məlumatların qeyri-dəqiq olduğunu bildirərək xəbərə təkzib edib. Yayılan xəbərlərdə deyilirdi ki, cənab Əsəd rusiyalı qanunvericilərə hakimiyyətdən getməyə dair heç bir marağının olmadığını və bu məsələnin müzakirələr açıq olmadığını deyib.
Publika.Az xarici mediaya istinadən xəbər verir ki, mübahisəli
məlumat Suriyaya dair keçiriləcək beynəlxalq sülh konfransından bir
neçə gün öncə yayılıb.
Bu gün Rusiyanın İnterfaks xəbər agentliyi cənab Əsədə belə bir
sitat gətirib: “Təslim olmaq istəsəydik, bunu əvvəldən edərdik. Bu
məsələ müzakirəyə açıq deyil”. Agentlik bildirir ki, tərcüməçi
cənab Əsədin bugünkü çıxışını rus dilinə sinxron tərcümə edərkən bu
sözləri deyib.
Suriya hökuməti və müxalifəti gələn həftənin çərşənbə günü
İsveçrədə keçiriləcək sülh danışıqlarında iştirak etməlidir.
Danışıqlarda cənab Əsədin Suriyadakı gələcəyinin başlıca müzakirə
mövzusu olacağı gözlənilir.
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO