Dünya şəhərlərinin həyat keyfiyyəti reytinqi açıqlanıb
Bizi izləyin

Dünya

Dünya şəhərlərinin həyat keyfiyyəti reytinqi açıqlanıb

Dünya şəhərlərinin həyat keyfiyyəti reytinqi açıqlanıb

Dünya şəhərlərinin həyat keyfiyyətinə görə reytinqi açıqlanıb.

“Media forum” saytının məlumatına görə, Tokio, London və Nyu-York müasir urbanizm baxımından ən dayanıqlı şəhərlər kimi qiymətləndirilib.

Reytinq dünyanın 135 şəhərində iqtisadi stabillik, demoqrafiya və sosial siyasət üzrə müqayisələrə əsaslanıb.

İlk üçlükdə göstərilən şəhərlər əhalisinin həyatını qurmaq üçün müasir vasitələrdən effektiv istifadə edir.

İndeksin tərtibatında memarlıq abidələri və ən müasir telekommunikasiya texnologiyalarının təchizatı da qiymətləndirilib.

Reytinq cədvəlinin Avropa üzrə sıralamasında Londondan (84,3) sonra ilk onluğa Sürix (79,9), Paris (79,1), Cenevrə (75,6) və Oslo (68) şəhərləri düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm