Ukraynaya hərbi müdaxilə vaxtı açıqlandı – Rəsmi
Bizi izləyin

Dünya

Ukraynaya hərbi müdaxilə vaxtı açıqlandı – Rəsmi

Ukraynaya hərbi müdaxilə vaxtı açıqlandı – Rəsmi

“Rusiya qoşununun Ukraynaya müdaxiləsi ən yaxın zaman məsələsidir”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı senator, Federasiya Şurasının Ukraynadakı vəziyyətin monitorinq üzrə komissiyasının üzvü Valeri Şnyakinin bəyanatında deyilir.

Ukraynanın TSN kanalı bəyanatla bağlı süjet verib. Bəyanatda bildirilir ki, Federasiya Şurası Ukrayna ərazisində Rusiya qoşunundan gələn həftə istifadə imkanına baxmağa hazırlaşır.

Rusiyanin bir neçə hərbi qruplaşmasının hazırda Ukrayna sərhədinin 10 kilometrliyində olduğu bildirilir. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev “Amerikanın səsi” radiosuna müsahibəsində Cənubi-şərq, mərkəzi və şimal hərbi dairələrindən xeyli sayda tank, artilleriya və “Qrad” sistemlərinin Ukrayna sərhədinə gətirildiyini deyib.

“Orada təxminən 200 tank var. Bu böyük hərbi qruplaşmadır”, - Y.Sergeyev bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm