Moskvaya SİQNAL: “Rusiya barbar hücumlarına davam edərsə...”
Bizi izləyin

Dünya

Moskvaya SİQNAL: “Rusiya barbar hücumlarına davam edərsə...”

Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd Mayk Pens Rusiyanın Suriyada vəziyyətin həlli üzrə mövqeyini kəskin tənqid edib.

Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd Mayk Pens Rusiyanın Suriyada vəziyyətin həlli üzrə mövqeyini kəskin tənqid edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinin Suriyada raket əleyhinə sistemlər qurduğunu bildirib.

“Amerika Suriyada təhlükəsiz zonalar yaratmalıdır ki, ailələr bu əraziləri tərk edə bilsinlər. Biz bu dəqiqədən başlayaraq, partnyorlarımızla işləməliyik”, - Pens Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Tim Keynlə müzakirələrdə deyib.

Həmçinin, onun sözlərinə görə, Rusiya lideri Suriyada şərtlərini ABŞ-a diktə edir.

Vitse-prezidentliyə namizəd qeyd edib ki, əgər Rusiya Hələbdə mülki əhaliyə qarşı barbar hücumlarına davam edərsə, ABŞ Bəşər Əsədin hərbi hədəflərinə zərbələrin vurulması üçün hərbi güclərdən istifadəyə hazır olmalıdır. Biz həmçinin Çexiya və Polşada raket əleyhinə müdafiə qalxanını açmalıyıq. Barak Obama və Hillari Klinton 2009-cu ildə rusları incitməmək üçün ondan imtina etmişdi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm