Klinton debatda PKK-ya söz verdi
Bizi izləyin

Dünya

Klinton debatda PKK-ya söz verdi

ABŞ prezidentliyə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton dünən ikinci dəfə milyonların qarşısında debata çıxdı.

ABŞ prezidentliyə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton dünən ikinci dəfə milyonların qarşısında debata çıxdı.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, namizədlər Suriya məsələsinə xüsusi yer ayırıblar.

Fəthullahçı Terror Təşkilatını (FETÖ) dəstəklədiyi deyilən Hillari Klinton PYD-yə (PKK terror təşkilatının Suriya qanadı – red.) söz verib. Keçmiş dövlət katibi PYD-ni nəzərdə tutaraq Suriyadakı kürdləri silahlandıracağını deyib.

“Kürdlər İraqda olduğu kimi Suriyada da ən yaxşı tərəfdaşlarımız oldu. Onlar Suriyada bizim gücümüz olacaqlar”, - Klinton bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm