ABŞ
MÜƏMMA: "Cybertruck"u partladan şəxsə hadisədən öncə nə olub? - VİDEO
Las-Veqasdakı "Trump International Hotel & Tower" binasında "Tesla Cybertruck"u partlatmaqda şübhəli bilinən amerikalı Metyu Livelsberger partlayışdan əvvəl intihar edib.
Publika.az xəbər verir ki, bu barədə Klark dairəsinin şerifi Kevin Makmehillə istinadla "Associated Press" (AP) məlumat yayıb.
Polis məmurunun sözlərinə görə, tibbi ekspertlər avtomobil partlamadan əvvəl Livelsbergerin başından yaralandığını müəyyən ediblər.
37 yaşlı cinayətkarın kimliyi şəxsiyyət vəsiqələri və döymələri ilə təsdiqlənib. Həmin şəxs Şimali Karolina ştatında "Fort Bragg"də yerləşmiş fəal hərbçi olub.
Bundan əlavə, Livelsbergerin sosial şəbəkələrdəki səhifələrində onun Ukrayna simvolları olan paltar geyinmiş şəkli tapılıb.
Xatırladaq ki, yanvarın 1-də Las-Veqasda "Trump International Hotel & Tower"in yaxınlığında "Tesla Cybertruck" avtomobili partladılıb. Hadisə nəticəsində bir nəfər ağır yaralanıb, həkimlər onu xilas edə bilməyiblər.
"Tesla"nın qurucusu və baş direktoru İlon Mask bildirib ki, elektrikli avtomobilin partlaması terror aktı nəticəsində baş verə bilər.
Hüseyn İbadlı
-
Magazin104:14Tolikin efirdə halı pisləşdi, xəstəxanaya yerləşdirildi - VİDEO
-
Dünya03:13Qrenlandiya ABŞ-la danışıqlar üçün RAZILIQ VERDİ
-
Dünya02:12Pakistandan ACI XƏBƏR - Ölənlərin sayı 67-yə çatdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə görün nə pıçıldayır...
-
Magazin122 Yanvar 23:48Vaqif Gərayzadə Röya Ayxanın evində… - FOTO
-
İdman22 Yanvar 22:48Ronaldonun qızı “Titanik”in mahnısını oxudu - VİDEO
-
Avropa22 Yanvar 22:36Hitlerin gündəliyi elə qiymətə satıldı ki...
-
Magazin222 Yanvar 22:00Cennifer Lopez evsiz kişiyə görün nə verdi - FOTO/VİDEO

























.jpg)










