Dünya
Sürətli və öldürücü, 60 ilin ən qanlı müharibəsi olacaq – ŞOK PROQNOZ
ABŞ-ın yüksək vəzifəli generalları hesab edirlər ki, Çin və Rusiya ilə nüvə silahının tətbiqi olmadan hərbi münaqişə praktik olaraq qaçılmazdır.
Publika.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, bu proqnozla Amerika generalları çıxış edirlər.
Onlar qeyr edirlər ki, müharibə “sürətli və öldürücü”, həmçinin son 60 il ərzində öz miqyasına görə ən böyük olacaq. General-mayor Uilyam Xiks bildirib ki, süni intellekt və avtomatlaşdırılmış silahlanma sistemləri gələcək hərbi münaqişələri sürətləndirəcək.
General deyib ki, Rusiya və Çinin texnoloji nailiyyətləri Ağ Evi belə miqyaslı hərbi hərəkətlərə hazırlaşmağa məcbur edib.
Öz növbəsində, ABŞ Silahlı Qüvvələrinin qərargah başçılarının birləşmiş komitəsinin sədr müavini, general-leytenant Cozef Anderson bildirib ki, təcavüzkar hərəkət edən ölkələr ABŞ üçün ekzistensial təhdid yaradırlar. “Hansı ölkəni belə təsvir etmək olar? Rusiyanı?” – Anderson əlavə edib.
ABŞ-ın quru qoşunlarının qərargah müdiri general Mark Miller bildirib ki, rəqibləri havada ABŞ-ın üstünlüyünə son qoya, həmçinin hərbi dəniz qüvvələrinə döyüş meydanına qədər çatmağa imkan verməyə bilər. Onun sözlərinə görə, ABŞ həmçinin kiberməkanda döyüş hərəkətlərinin aparılmasına, peyk əlaqəsi və naviqasiya sistemləri olmadan vuruşmağa hazır olmalıdır.
Ömər Dağlı
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...