“Ölüm və ya həyat” seçimi: Rusiya məhv ediləcək
Bizi izləyin

Dünya

“Ölüm və ya həyat” seçimi: Rusiya məhv ediləcək

O, məqaləsini “Ruslar çörək növbəsində, 1987-ci il” yazılmış şəkillə verib.

Böyük Britaniyanın “The Daily Squib” nəşrində gedən qısa məqalə sosial şəbəkədə qızğın müzakirələr doğurub.

Publika.az xəbər verir ki, məqalə müəllifi Frederik Konstans Rusiya iqtisadiyyatının vəziyyətini faciəli, ölkənin siyasi quruluşu isə “yarımçıq totalitar” adlandırıb.

Müəllif Rusiyanı “kasıblaşmış ölkə” adlandırır. Onun fikrincə, ayı hazıda ümidsiz vəziyyətdədir. Konstans əmindir ki, prezident Vladimir Putin Rusiyanı geriyə - sovet yoxsulluğuna aparır. Təsadüfi deyil ki, o, məqaləsini “Ruslar çörək növbəsində, 1987-ci il” yazılmış şəkillə verib.

“Putinin hər hansı çıxış yolu varmı? Yəqin ki, düzgün qərarları qəbul etmək və rus xalqını xilas etmək üçün çox gecdir”, - publisist düşünür.

Müəllifin fikrincə, iqtisadi statistika gələcək üçün ümid vermir. O, güclü Putinin öz rəqibləri qarşısında gücləndiyini bildirir, eyni zamanda Rusiya iqtisadiyyatını “bir yığın çürüyən rubl”a oxşadır. Jurnalist qeyd edir ki, sanksiyalar və neftin aşağı qiymətləri Rusiyanı ciddi zəiflədib.

Konstans hesab edir ki, “yarımçıq totalitar dövlətlər”in əksəriyyətində olduğu kimi Rusiyada da ilk yerdə hərbçilər dayanır: “Putin buna görə də öz müharibəsinin maliyyələşdirilməsini önə çəkir. Əgər bu strategiya iflas edərsə, iqtisadi enmə güclənəcək. Təyyarələri səmada saxlamaq ucuz başa gəlmir. Bir raketin dəyəri milyonlarla rusiyalının bütün həyatı boyu qazandığına bərabərdir. Putin Ukrayna hadisəsində özünü “pis oğlan” kimi göstərdi, amma onun xalqı səhradan çıxarmaq imkanı var”.

Konstans əmin edir ki, Suriya və Ukraynadan imtina etməklə Rusiya iqtisadiyyatını yenidən bərpa etmək olardı. “Seçim sizindir: ölüm və ya həyat”, - Konstans məqaləsini bu sözlərlə tamamlayır.

Aleksey adlı oxucu “The Daily Squib” nəşrinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və ya Britaniyanın xarici kəşfiyyat xidmətinə (Mİ-6) işləməsindən şübhələnir. Onun fikrincə, belə təbliğatla heç kəsi aldatmamaq lazımdır. “Rusiya dünyada ən gözəl ölkədir”, - o, hesab edir.

“İndi mən bilmək istəyirəm: Böyük Britaniya mənim vətənimə hücüm etmək niyyətindədir? Ruslar heç vaxt təslim olmurlar”, - Tata Li adlı oxucu soruşub.

Trapster adlı oxucu ilə hesab edir ki, ruslar yekunda imperiya hərəkətlərinə görə iflasa uğrayacaqlar: “Niyə? İş müharibəyə çatanda məlum olacaq ki, bizdə Qərbin müasir silahlarının analoqu yoxdur. Qərbdə “qətı maşınları” üzərində iş gedir. Qərb artıq 75 ildir Rusiya texnologiyalarını keçib. Əgər Qərb belə silahları elan etməyibsə, bu o demək deyil ki, həmin silahlar mövcud deyil”.

Matt əmin edir ki, müharibə başlanarsa, NATO Rusiyanı “piroq tikəsi” kimi məhv edəcək. Bonzer adlı oxucu isə bildirir ki, Stalin 62 milyon insan öldürüb.

Qərbin Rusiya barəsində qəmgin proqnozlarına baxmayaraq, Moskva nikbindir. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bu yaxınlarda bildirib ki, 2018-2019-cu illərdə Rusiya iqtisadiyyatının artım sürəti 1,5-2 faiz səviyyəsində sabitləşəcək. Həmçinin Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, artıq yaxın gələcəkdə Rusiya iqtisadiyyatı durğunluqdan çıxa və yüksəlişə keçə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm