Dünya
İranın paytaxtı köçürülür
İranın paytaxtı Tehranın köçürülməsi məsələsinə gələn həftə baxılacaq.
Anspress-in məlumatına görə, İranın Basid
agentliyi paytaxt Tehranın köçürülməsi məsələsinin yenidən gündəmə
gətirildiyini yazıb.
Bu barədə İran parlamentinin deputatı Əmir
Hocasteh danışıb. O, ölkə prezidenti Ruhaninin və onun
administrasiyasının köçürülmə planı ilə razı olduğunu
bildirib.
Tikinti məmurları və şəhər tikinti idarəsinə bu
məsələnin ətrafında araşdırmalar aparılması üçün göstəriş verilib.
Artıq gələn həftə İran Parlamentində paytaxtın köçürülməsi ilə
bağlı qanun layihəsini müzakirəyə çıxaracağı
gözlənilir.
Paytaxtın köçürülməsinə tərəfdar olanlar bu
yerdəyişməni Tehranda tez-tez zəlzələlərin olması və havanın
çirklənməsi ilə əlaqələndirirlər.
Paytaxtın hansı şəhərə köçürüləcəyi isə hələ
açıqlanmayır.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama