Üçüncü Maydan Ukraynanı bu regionlardan məhrum edəcək
Bizi izləyin

Dünya

Üçüncü Maydan Ukraynanı bu regionlardan məhrum edəcək

“Üçüncü Maydan Ukraynanı daha dörd regiondan məhrum edə bilər”.

“Üçüncü Maydan Ukraynanı daha dörd regiondan məhrum edə bilər”.

Publika.az “infocenter-odessa.com” saytına istinadən xəbər verir ki, bu xəbərdarlıqla Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko çıxış edib.

Onun sözlərinə görə, bunlar Çernovtsı, Zakarpatye, Xarkov və Odessa vilayətləridir.

“Biz artıq Donbas və Krımı itirdik. Sabah Rumıniya Çernovtsını, Macarıstan Zakarpatyeni alacaq. Xarkov harada olacaq, Odessa harada olacaq?” – siyasətçi deyib.

Oleq Lyaşko bildirib ki, Üçüncü Maydanın arxasında “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko dayanır. Lyaşko vurğulayıb ki, Timoşenko hakimiyyəti Ukraynanın dağılmasının nəticəsi olaraq tutmaq niyyətindədir.

Dünən isə Lyaşko Yuliya Timoşenkonun Ukrayna vətəndaşlığından məhrum edilməsi üçün prezident Pyotr Poroşenkoya müraciət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm