Braziliyada ara qarışdı - Prezident sarayı tutuldu
Bizi izləyin

Dünya

Braziliyada ara qarışdı - Prezident sarayı tutuldu

Hələlik sarayın azad edilməsi barədə əməliyyatın başlanması haqqında informasiya yoxdur.

Braziliyada yerli xalqların nümayəndələri prezident sarayı Planaltunun bir hissəsini tutub.

Publika.az xəbər verir ki, bu barədə "Brasil de Fato" portalı xəbər verib.

Məlumata görə, prezident sarayının bir hissəsi çərşənbə axşamı etiraz aksiyasının gedişatında ölkənin yerli xalqlarının nümayəndələri tərəfindən tutulub. Yüzlərlə hindi, balıqçı və maron etnik qrupunun üzvləri onların həyat tərzinə, müasir kənd təsərrüfatına və sənayeyə təhlükə yarandığını bildirərək buna etiraz edirlər

"France Presse"nin məlumatına görə, hazırda Planaltu ərazisinə təhlükəsizlik qüvvələri yeridilib. Hələlik sarayın azad edilməsi barədə əməliyyatın başlanması haqqında informasiya yoxdur. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm