Dünya
Türkiyə Rusiya ilə bu problemi bir də müzakirə edəcək
Rusiyanın Türkiyəyə tədarük etdiyi təbii qazın qiyməti rəsmi Ankara ilə Moskva arasında yenidən müzakirə olunacaq.
“Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Moskvaya işgüzar səfərindən qabaq Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
"Rusiya ilə əməkdaşlığımızın enerji sahəsi çox vacibdir. Biz Moskvada ikitərəfli sərfəli layihələri, “Türk axını”nı müzakirə edəcəyik. Bizim parlament artıq bu sazişi təsdiqləyib, indi analoji addımı Rusiya Dumasından gözləyirik. Bizim Rusiya ilə qazın qiymətinə dair köhnə problemimiz var. Bu məsələni hər iki ölkənin enerji nazirləri müzakirə edəcək”, - B.Yıldırım deyib.
Qeyd edək ki, səfər çərçivəsində Binəli Yıldırım Rusiya baş naziri Dmitriy Medvedevlə, prezident Vladimir Putinlə və Federasiya Şurasının rəhbəri Valentin Matvienko ilə görüşlər keçirəcək. Sonra o, Kazan şəhərini ziyarət edəcək və Tatarıstan prezidenti Rüstəm Minnixanovla görüşəcək.
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO