Dünya
CİA-nın gizli Tramp HESABATI: seçkinin nəticələri ləğv olunur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Donald Trampın
prezident seçilməsinə Rusiyanın kömək etdiyinə dair iddiaların
araşdırılmasını başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”
qəzetinə hökumətin yüksək rütbəli məmuru məlumat verib.
İddiaya görə, CİA 8 noyabrda keçirilən seçkilərə Rusiyanın müdaxilə
etdiyi və Trampın qələbə qazanmasına kömək etdiyi nəticəsinə
gəlib.
Məlumata görə, Kremlə yaxın şəxslər Demokratlar Partiyasının gizli
məlumatlarını kiber hücumla ələ keçirərək, “Wikileaks”ə ötürüb.
Haqqında danışılan şəxslər Amerika kəşfiyyatı tərəfindən de-şifrə
ediliblər.
CİA apardığı araşdırmalarla bağlı hesabat hazırlayaraq, Konqresə
təqdim edib. Lakin hesabatda Kremlin birbaşa hansısa şəxsə təlimat
verdiyi haqqında məlumatlar yer almayıb. CİA Rusiyanın prosesləri
arxa fonda idarə etdiyinə inanır.
Donald Trampın komandası bu məsələyə dərhal reaksiya verib.
“Bu şəxslər vaxtilə Səddam Hüseynin kütləvi qırğın silahı var
deyənlərdir. Seçki böyük bir uğurla başa vurulubdur”, - deyə
açıqlamada bildirilir.
Ekspertlərə görə, Konqres seçkini müzakirəyə çıxararsa, yaxud
Trampın qələbəsinin arxasında başqa məqamlar tapılarsa, seçki
nəticələrini şübhə altına alına bilər.
Asif
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...