Dünya
“Leşyeyən qartal”, “Quduz it”, yaxud “rahib döyüşçü” – Trampın “YAXŞI UŞAQLARI”
“Amerikanı yenidən böyük edəcəyik” vədi ilə seçkini
qazanan Donald Tramp öz administrasiyasını şəxsən
formalaşdırır.
Publika.az xəbər verir ki, onun komandasında gözlənilməyən
və müxtəlif sahələrdə uğur qazanmış şəxslər yer alır. Sanki özü
kimi qeyri-adi insanları ətrafına toplayır. Və o, öz namizədlərini
“yaxşı uşaqlar” adlandırır.
ABŞ-ı idarə edəcək administrasiyada kimlər var?
Stiven Bennon: Trampın baş məsləhətçisi olacaq. O,
Ultrasağçı “Breitbart News” nəşrinin keçmiş sahibidir. Harvard
Universitetindən məzun olub, bir müddət “Goldman Sachs” şirkətində
çalışıb. Daha sonra sənədli filmlərin çəkilişi ilə məşğul olub.
Onun sənədli filmlərində əsasən müasir iuda-xristian
sivilizasiyasının Çin və Rusiyanın “fırıldaq kapitalizmi”, “yırtıcı
liberal kapitalizm” və “radikal islam faşizmi”nin hücumlarına məruz
qaldığı əks olunur.
Bannonun fikrincə, Fransada sağ “Milli Cəbhə” partiyasının,
Britaniyada sağçı UKİP-in və digər radikal sağların ayağa qalxması
haqlıdır. Tənqidçilər onu “Breitbart News” saytında nasistlərə,
antisemitlərə və radikal sağ fəallarına yer verməkdə ittiham
edirdilər. Böyük məsləhətçi isə iddia edirdi ki, onun saytı yalnız
“alternativ sağlar” üçün platformadır.
Bennon yeni administrasiyanın “boz kardinalı” olacaqsa, bu, radikal
siyasətin yürüdülməsi ilə nəticələnə bilər.
Rayns Pribus: Ağ Ev heyətinin rəhbəri postuna
namizəddir. Milli Respublika Komitəsinin sədridir. Mühafizəkarlar
onu seçki kampaniyası dövründə partiyanı parçalamadığına görə
tərifləyirlər. Çünki Pribus martda açıqlamışdı ki, o, müstəqil
kampaniya keçirərək, öz namizədliyini irəli sürə bilər. Lakin o,
buna getmədi və Trampa dəstək verdi.
Reks Tillerson: ABŞ-ın yeni dövlət katibi
postuna namizəd. O, karyerasında sadə mühəndislikdən “ExxonMobil”
şirkətinin rəhbəri vəzifəsinə qədər addımlayıb. Rusiyanın “Rosneft”
şirkəti ilə aktiv əməkdaşlığına görə də tanınır. Bir sıra
layihələrdə Vladimir Putinlə birbaşa danışıqlar aparıb. Rusiyanın
“Dostluq” ordeni ilə təltif olunub. Tillerson Rusiyaya qarşı
sanksiyaları qəbul etmir. Onun namizədliyinin Senatdan keçəcəyi
hələki şübhə altındadır. Xüsusilə Con Makkeyn və Marko Rubio kimi
respublikaçı senatorlar Tillersonun “Rusiya ilə əlaqələrindən”
narahatdırlar.
General Ceyms Mettis: 40 il ərzində dəniz
piyadası qoşununda xidmət edib. “Quduz it” və “rahib döyüşçü”
ləqəbi ilə məşhurdur. Mettis 2013-cü ilə qədər ABŞ Silahlı
Qüvvələrinin Mərkəzi Komandanlığına rəhbərlik edirdi. Lakin
sonradan İranla bağlı əmrə sərt reaksiya verdiyi üçün Obamanın
“gözündən düşdü”. O, Pentaqonun rəhbəri postuna namizəd
göstərilir.
Maykl Flinn: ABŞ hərbi kəşfiyyatının keçmiş
direktorudur. O, vaxtından əvvəl öz postundan istefaya göndərilib.
Zaman-zaman Obama administrasiyasını tənqid etməsi və radikal
İslamla təcili mübarizəyə səsləyən fikirləri ilə gündəmə gəlib.
Flinn sosial şəbəkələrdə Hillari Klinton və komandasının pedofildə
ittiham olunması işində iştirak edib. Milli təhlükəsizlik üzrə
müşavir postuna namizəddir.
Cef Seşns: Alabama ştatının senatorudur.
Qeyri-qanuni miqrasiyanın qəti əleyhdarıdır və bu sahədə
qanunvericiliyin sərtləşməsini istəyir. Hələ 1986-cı ildə Ronald
Reyqanın dövründə onun Federal hakim postuna gətiriləcəyi
deyilirdi. Lakin bu baş tutmadı. İddia edilirdi ki, Seşns
prokurorun qaradərili köməkçisi haqqında zarafatla “zənci” deyib.
O, həmçinin Ku-Kluks-Klanı (XIX əsrdə ABŞ-da qaradərilərə qarşı
əsil soyqırımı törədən qrup) “yaxşı uşaqlar” hesab edir. ABŞ-ın Baş
prokuroru postuna namizəddir.
Mayk Pompeo: Kanzas ştatının senatorudur.
Radikal müsəlmanlara qarşı sərt ritorikası ilə məşhurdur. Mərkəzi
Kəşfiyyat İdarəsinin əməkdaşları Pompeonu “qəhrəman” adlandırırlar.
O, Quantanamo həbsxanasının bağlanmasına qarşıdır. Həmçinin, İranla
nüvə proqramının ləğvini istəyir. Edvard Snoudeni satqın adlandırır
və onun edam edilməsini tələb edir. Mərkəzi Kəşfiyyat İdarəsinin
rəhbəri postuna namizəddir.
Con Kellin: 45 il dəniz piyada qoşununda xidmət
edib. İstefada olan generaldır. Latın Amerikası və Karib adalarında
ABŞ ordusunun fəaliyyətinə rəhbərlik edib, həmçinin, Quantanamo
həbsxanasında işləyib. Federal Təhlükəsizlik Xidmətinin rəhbəri
vəzifəsinə namizəddir.
Uilbir Ross: “Leşyeyən qartal”, yaxud
“müflisliklər kralı” ləqəbi ilə məşhurdur. Milyarder-investor
1990-cı illərdə Rusiyanın müflisləşən müəssisələrini alaraq,
onlardan maksimum xeyir götürməsi ilə tanınır. O, Obama
amdinistrasiyasının ikitərəfli ticarət sazişlərinin bir çoxunu
haqsız hesab edir və ABŞ üçün daha əlverişli şərtlər əldə etmək
məqsədilə bu sazişlərə yenidən baxmağı tələb edir. Ticarət naziri
vəzifəsinə namizəddir.
Stiven Mnaçin: Hollivud prodüseri olmuş Mnaçin
Trampın seçki kampaniyasında maliyyə məsələlərini idarə edirdi.
2008-ci ildə maliyyə böhranı zamanı o, “İndyMac” bankını
vəziyyətdən çıxarmağı bacardı. Mnaçin vergi islahatını prioritet
hesab edir. Maliyyə naziri postuna namizəddir.
Nikki Heyli: Tramp administrasiyasında yer
alacaq əsas xanımdır. Yeni administrasiyada ABŞ-ın BMT-dəki xüsusi
nümayəndəsi postuna namizəd göstərilir. Lakin onun xarici siyasətdə
praktiki təcrübəsi olmadığı üçün Senatdan keçə biləcəyi sual
altındadır.
Skott Pryuitt: Oklahoma ştatının baş prokuroru olan Pryuitt qlobal istiləşməyə inanmayan, ətraf mühitin müdafiəsi agentliyinə qarşı çıxan şəxs olaraq məşhurdur. O, parnik qazlarının tullantılarının ixtisar edilməsi üzrə Obamanın planına qarşı çıxırdı. Tramp onu ətraf mühitin müdafiəsi üzrə agentliyin rəhbəri vəzifəsinə namizəd göstərir.
Asif Nərimanlı
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir