Dünya
AKP-dən 70 nəfər 2015-də namizəd olmayacaq
Hakim partiyanın 3-cü dövr qaydalarının müdafiə etməsi qərarına görə partiyanın ağır artireliyaları namizəd olmayacaq. Partiya 2015-ci ildə yeni komanda ilə xalqın qarşısında çıxacaq.
“Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin hakim partiyası AKP, Baş nazir R.T.Ərdoğan və bəzi nazirlər daxil olmaqla 3-cü dövr qaydalarında ilişəcək. Bu qaydaya əsasən 3 dəfə millət vəkili olan funksionerlər 2015-ci ildəki seçkilərdə namizəd olmayacaq.
Ağır artirelliya 2015-ci ildə yoxdur
Partiyanın ağır artileriyalarından olan Baş nazir müavini Bülənt Arınc, Baş nazir müavini Əli Babacan, Baş nazir müavini Bəşir Atalay, AKP-nin sözçüsü Hüseyn Çəlik, keçmiş Nəqliyyat naziri Binəli İldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Gömrük və Ticarət naziri Həyati Yazıçı, Enerji naziri Tanər Yıldız, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Faruk Çəlik, Spiker Cəmil Çiçək kimi şəxslər 2015-ci ildə namizəd olmayacaq.
Ərdoğan prezident olacaq
Mübahisələrə rəğmən Baş nazir Ərdoğanın 3-cü dövr qaydalarının arxasında dayanması prezident olmaq üçün etdiyi hərəkət olaraq qəbul edilib. Ərdoğanın prezident seçilməsi və Abdullah Gülün Baş nazir olacağı ssenarisi çərçivəsində AKP-nin Bayburt millət vəkili Bünyamin Özbək istefa verəcək və şəhərdə Gülün namizəd olması üçün təkrar seçkilər keçiriləcək. Və beləliklə Gül üçün Baş nazir olmaq yolu açıqlacaq.
Vüsal Tağı
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...