Dünya
MÜHARİBƏ BAŞLADI: Onlarla ölən və yaralanan var - VİDEO
Ukrayna ordusu eyni vaxtda bir neçə istiqamətdən separatçı “Luqansk Xalq Respublikası”nın (“LXR”) qüvvələrinə hücum edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “LXR”in “xalq milisi”nin mətbuat xidmətindən bildirilib.
“Saat 11:00-a olan məlumata görə, vəziyyət gərgin olaraq qalır. Debaltsevo istiqamətindən rəqibin hücum cəhdləri dayanmır”, - xəbərdə deyilir.
Daha əvvəl bildirilib ki, Kalinovka kəndi ərazidə Ukrayna hərbçilərinin hücum cəhdinin qarşısı alınıb. Separatçı tərəfinin məlumatına görə, Ukrayna tərəfindən on hərbçi ölüb, 20-si yaralanıb.
Ukrayna Ali Radasının deputatı Andrey Lazovoy dünən Svetlodarsk rayonu ərazisində gedən döyüşün görüntülərini paylaşıb. O,iddia edir ki, döyüşün kadrları Ukrayna hərbçilərindən biri tərəfindən çəkilib.
Məlumata görə, Ukrayna hərbçiləri Svetlodarskda gedən döyüşlərdən sonra yeni strateji mövqeləri tutub. Anti-terror əməliyyatları qərargahından bildirilib ki, Ukrayna hərbçiləri rəqibi hücum cəhdinin qarşısını alaraq əks-hücuma keçiblər. Separatçıların hərbi əmlak və Rusiya istehsalı olan texnikanı döyüş meydanında qoyaraq qaçdığı deyilir.
Svetlodarskda döyüşçülərdə Ukraynanın 5 hərbçisi həlak olub, 6-sı yaralanıb.
Ömər Dağlı
-
Nida Xəbər 12:14Bu qanuna dəyişiklik olunur
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...
-
Dünya09:12Sülhə doğru addım: Putin və Uitkoff bu məsələdə razılaşıblar
-
MDB08:48Rusiyanın şəhəri "qara qar"la örtüldü - VİDEO
-
Avropa07:47HAVA LİMANINA SIZMA - Kanslerin təyyarəsini sıradan çıxarmaq istədilər
-
Avropa06:16Zelenski və həyat yoldaşının varidatı açıqlandı
-
İdman04:44"Real Madrid" ekoloji cinayətdə ittiham olundu











.jpg)










.jpg)











