Yaxın Şərq
İsrail Hərbi Hava Qüvvələri Beyruta hücum etdi
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Beyrutun (Livan) cənub kənarındakı Dahiya bölgəsində, şiə təşkilatı "Hizbullah"ın obyektlərinin yerləşdiyi çoxmərtəbəli binaya hücum edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Düşmən aviasiyasının hədəfi Akabiya məhəlləsindəki yaşayış binası olub, onun sakinləri çərşənbə akşamı İsrail ordusundan hazırlanan hücum barədə gələn xəbərdarlıqdan sonra əvvəlcədən təxliyə ediliblər", - deyə mülki müdafiə xidmətindəki mənbə bildirib.
Qeyd olunub ki, İsrail təyyarələri və PUA-ları hazırda Beyrut səmasında qalmaqdadır, onlar şəhər üzərində uçuşlar həyata keçirirlər.
Bundan əlavə, Beyrutun mərkəzindəki Zukak Blat rayonunda yerləşən bina da döyüş aviasiyasının zərbələrinə məruz qalıb.
"Yaşayış binasına edilən hücum nəticəsində bir sıra güclü partlayış səsləri eşidilib. Hücuma məruz qalmış binaya doğru təcili yardım və mülki müdafiə briqadaları yollanır", — deyə məlumatda qeyd olunub.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
















.jpg)





















